Biznes Üçün SEO: Gec, Baha və Çətin Sayılan İşlər Toplusu

0
Biznes Üçün SEO: Gec, Baha və Çətin Sayılan İşlər Toplusu

Biznes Üçün SEO: Gec, Baha və Çətin Sayılan İşlər Toplusu

Bir çox biznes adamları elə düşünür ki, SEO işləri çətin və bahalı olduğu kimi, eyni zamanda çox gec uğur gətirir. Bəs siz necə düşünürsünüz? Gəlin birlikdə bu 3 yanlış düşüncəni araşdıraq.

1. SEO Çox Geç Uğur Gətirir

SEO Çox Geç Uğur Gətirir

SEO işləri çox gec nəticə verir. Çoxları belə düşünür və haradasa haqlıdırlar: ödənişli reklamlara baxdıqda axtarış sistemlərinə optimallaşdırma işlərinin olduqca gec uğur gətirdiyi doğrudur. Onsuz da siz PPC reklamları ilə qazandığınız hər bir uğur üçün ödənişi sonradan edirsiniz.

Biz isə belə düşünmürük. Nə üçün? Öncə özünüzə sual verin: “Mən nə qədər zamandır bu işlə məşğulam və gələcəkdə nə qədər bunu davam etdirəcəyəm?” Bir biznesin qurulması və işlək hala gətirilməsi üçün 3, yoxsa 6 ay lazımdır. Bu çoxdur? Biz düşünürük ki, yox. Bu zaman sadəcə bazar araşdırması aparmaq istəyən startuplar üçün çox uzun görünə bilər. Sizin işiniz isə starup deyil, elə deyilmi? Bəlkə də biznesinizi öz uşaqlarınıza miras qoymaq haqqında da düşünmüsünüz.

Düzgün planlanmış SEO ilə siz 3-4 ay sonra yeni qonaqları qarşılamağa başlayacaqsınız. 6 aydan sonra isə gələcəkdə hər zaman sizə üz tutacaq alıcı ordusu qazanacaqsınız.

2. SEO Çox Bahadır

SEO Çox Bahadır

Saytların axtarış sistemlərinə optimallaşdırılması çox bahalı işdir. Bu isə 2-ci yalandır. Reklamda “baha” və “ucuz” anlayışları yoxdur. Reklam ya xərcini ödəyir (gəlir gətirir), ya da ödəmir.

Əlbəttə ki, biz ən bahalı axtarış sözləri üçün SEO qurmağa çalışsaq bunun nəticəsini ya görməyəcəyik, ya da illərlə çalışmaq lazım olacaq. Bu da baha olacaq. SEO-nun ucuz olması və gəlir gətirməsi üçün aşağı rəqabətli açarsözlərini tapmalıyıq. Gəlin düşünək, sizin biznesin başqaları qarşısında üstünlüyü nədədir və alıcılar daha çox nə üçün sizi axtarırlar?

İnternetdə hər bir sahə üzrə boşluqlar vardır. Hətta ən geniş araşdırılmış sahələrin belə yetərincə təqdim olmunmadığı hansısa platformalar vardır. Burada önəmli olan böyük maliyyə ayıraraq çox işlərin görülməsi deyil, sahənizə uyğun olaraq hər bir platforma üzrə düzgün açarsözləri tapılmasıdır.

3. Nə Çətin İşlərdir Bu SEO?!

Nə Çətin İşlərdir Bu SEO?!

Daxildən bir səs sizə SEO işlərinin çox çətin olduğunu deyir, elə deyilmi? İnanmayın. Hər bir insan üçün bacarmadığı iş çox çətin, görə bildiyi və ustası olduğu iş isə çox asandır.

Bunu bilirik ki, SEO – hər bir saytın axtarış sistemlərinə optimallaşdırılması üçün görülən işlər toplusudur. Bəs hansı işlərdir bu? Daha öncəki bloq yazımızda işləri sıralamağa çalışsaq da hər bir işi ard-arda bir-bir yazıb açıqlaya bilməmişdik. Görüləcək işlər doğurdan da çoxdur. Ancaq başladıqdan sonra addım-addım hər birini həll etdikcə nə qədər asan olduğunu da görəcəksiniz.

Önəmli olan budur ki, bir dəfə görülmüş iş həmişəlik qalacaq və durmadan çalışacaq. Bu çalışmalar təkcə axtarış sistemlərinin tələbləri deyil, eyni zamanda gözəl və rahat saytın yaradılması üçün vacibdir.

Bəlkə də görməli olduğunuz bütün işləri bilmirsiniz. Unutmayın ki, SEO üçün görülən işlər düzgün və dürüst işlər olmalıdır.