Azərbaycanda Yerli SEO Qurulmasının 5 Yolu

0
Azərbaycanda Yerli SEO Qurulmasının 5 Yolu
Azərbaycanda Yerli SEO Qurulmasının 5 Yolu

Yerli SEO nədir? Biz Google, YouTube, Instagram və Facebook kimi istənilən qlobal platformada axtarış etdiyimizdə qarşımıza Azərbaycandakı bizneslər, ya da öz tanıdığımız səhifələr çıxır. Bu isə yerli şirkətlərin xarici brendlər qarşısında üstünlük qazanması deməkdir.

Sizin biznesin böyük, ya da kiçik olmasından asılı olmayaraq internet axtarışının yerli bazarında ilk sıralarda tapıla bilər. Hətta deyərdim ki, bu gün Azərbaycanda kiçik bizneslərin/şəxsərin yerli SEO ilə uğur qazanması çox asandır. Çünki banklar, telekommunikasiya və istirahət mərkəzlərindən başqa heç böyük şirkətlərin də SEO-su yetərincə güclü qurulmamışdır.

Ancaq gəlin bu işlərin aparılmamasından danışmayaq. Əgər işə başlamadınızsa, bu doğurdan da çətindir. Biz burada Azərbaycanda yerli SEO-da uğur qazanmaq üçün görüləcək 5 işdən danışacağıq.

Azərbaycanda biznes qurmusunuz və iş saatlarınızı, telefon nömrələri, ünvanınızı, ofisin dəqiq yerini asanlıqla tapa bilmələri üçün saytda məlumatlar yerləşdirmisiz. Bu bilgilər sizin saytı tapmayanlar üçün əlçatmazdır. Burada işinizə yerli SEO çalışmaları yarayacaqdır.

Yerli SEO Qurulması üçün Görüləcək 5 Başlıca İş

1. Google Biznesdə dəyərləndirmələri yüksək tutun

Hər bir biznes mütləq Google Maps-də qeydiyyatdan keçməlidir. Nə üçün Google-da axtarış aparan sizin biznesin harada olduğunu öyrənməsin?!

Ancaq biznesin tapılması ilə işi bitmiş hesab etməyək. Eyni zamanda çalışmaq lazımdır ki, biznes/brend insanlarda xoş təəsüratlar oyatsın. Dəyərləndirmələrin sayı artdıqca rəqiblərinizin ona mənfi təsir etmək imkanları da azalacaq.

2. Sosial Mediaya qoşulun, SMM planı qurun

Sosial Media Marketinq (SMM) sadəcə yerli biznes əlaqələrinin qurulması üçün deyil, eyni zamanda keçmiş, indiki və potensial gələcək müştərilərlə bağlantıların qurulması üçün gözəl yoldur.

Yeni işbirlikləri, yeni alıcılar, yeni məhsullar, tədbirlər, endirimlər, ya da başqa nə olur-olsun, mediada işıqlandırılmasına çalışın.

3. İnternet kataloqlarda qeydiyyatdan keçin

İnsanların sizi tapmasının başqa bir yolu da onlayn kataloqlar, internetdəki siyahılardır. Hər kəs bilir ki, axtarış üçün Google işimizə yarayır. Ancaq heçkimin başqa yollarla axtarış etməyəcəyini düşünə bilmərik. Bəzi hallarda isə spesifik kataloqlar Google axtarışlarından daha dəqiq və dolğun məlumat verə bilər.

Həm də belə kataloqlarda qeydiyyatdan keçməklə əlavə backlinklər qazanacaq, bununla da Google-un axtarış nəticələrində daha yüksəkdə olacaqsınız.

Azərbaycanda sayt və bizneslər üçün aşağıdakı kataloqları göstərə bilərik:

Ancaq daha spesifik brend və bizneslər üçün bu siyahıların sayı daha çoxdur. Bir az səy göstərməklə bu tipdə olan onlarla onlayn kataloqlar tapa bilərsiniz. Sizin sahənizə uyğun yerli kataloqlarda dəqiq adınız, telefon nömrələri, ünvan və saytı, bundan başqa verilmiş imkanlara görə məhsul və xidmətləriniz haqqında məlumat verə bilərsiniz.

4. Yerli bazar üçün bir neçə məzmun yaradın

Saytınızda, ya da ictimai mediada yayımlanan bir neçə yerli xarakterli məzmun yaradın, onun sosial mediada və başqa saytlarda paylaşılmasına çalışın. Beləliklə, sizin biznes və brend yerli bazarla əlaqələndirilmiş olacaq. Bundan sonra uyğun açarsözləri ilə birlikdə axtarış edildikdə Google axtarışlarında daha yüksək nəticə əldə edəcəksiniz.

5. İşinizi internetdən qıraqda da sosiallaşdırın

İnsanlar bütün günlərini internetdə keçirmirlər, hər halda Əşyların İnterneti anlayışı tam günümüzə oturmayana qədər bu belədir.

Yerli xarakterli tədbirlərə və hər hansı xeyriyyə aksiyasına sponsor, ya da tərəfdaş kimi qoşulun. Bu sizin işinizə olan diqqəti və inamı artırar, gözəl sosial media paylaşmaları üçün kontent əldə etmiş olarsınız. Bütün bunların saytınızın xəbərlər bölümündə işıqlandırılması yerli xarakterli məzmun yaradılmasında faydalı olacaqdır.

Nəticə

Unutmayaq ki, bugün Google düşündüyümüzdən çox ağıllıdır və axtarış sistemi yerli biznesləri necə dəyərləndirməsi alqoritmini gizli tutur. Bunu təkcə təcrübəli SEO mütəxəsisləri və Google-un işçiləri deyil, hətta axtarış sisteminin özü də axtarış nəticələri generasiya olunmazdan öncə bilmir.

Misal üçün, hər ikimiz Bakıda olduğumuzdan asılı olmayaraq “yaxınlıqda restoran” axtardıqda, birimiz Bakıxanov qəsəbəsindəki restoranları tapdığı halda, başqası Səbail rayonundakı restoranların siyahısını görə bilər. Bu da Google-un yerimizi dəqiq təsbit etməsi ilə bağlıdır. Başqa bir səbəb istifadəçinin əvvəlki axtarışları və öncə açdığı saytların tarixçəsi ola bilər.

Buna görə də yerli SEO üçün çalışmaları saytın bütün SEO işlərindən kənar tutmamaqla, həvəsdən düşməməklə çalışmaları davam etdirmək lazımdır. Hər iki sahədəki uğur və üstəlik SMM işlərinin bir-birinə yardımı ilə daha yaxşı nəticələr əldə edəcəksiniz.