Aynaların İçindən Rəqəmsal Dünyaya Yolçuluq

0
Aynaların İçindən Rəqəmsal Dünyaya Yolçuluq

Texnologiyanın İnkişafı: Analoqdan Digital Dünyaya Keçid

Gündə neçə dəfə bir aynaya baxırsınız? Və nə üçün? Rəqəmsal bir dünyaya yolçuluq etmək üçün. Analoq dünyamızda tapa bilmədikərimizi orada axtarmaq üçün…

Günlük həyatınızı bir düşünün. Evimizdə, məktəbimizdə, iş yerimizdə bir şeyləri görmək üçün hər zaman aynaların arxasına baxırıq. Mən onsuz da həmişə bir aynanın arxasından baxıram, ancaq gözlük taxmayanlar belə televizor seyr edərkən, kompyuter işlədərkən, mobil telefonuyla mesajlaşarkən, hətta pəncərədən bayıra baxarkən həmişə bir aynanın içindən baxır. Hökmən bu an da məni bir aynanın arxasından izləyirsiniz.
İçində yaşadığımız bu fiziki/analoq dünyamızdan digital dünyaya yolçuluq etmək üçün bir çeşid keçid portalı bu aynalar, pəncərələr. Dünyanın ən geniş yayılmış əməliyyat sisteminə boş yerə Windows (pəncərələr) deməmişlər!

Texnologiya istehsalçılarının bu anda üstündə ən çox çalışdıqları məsələlərdən biri də bu analoq dünyamızdan digital dünyaya edilən yolçuluğu qısaltmaq. Hətta mümkünsə yolçuluğa belə gərək qalmadan davamlı onun içində yaşamağımızı sağlamaq. Analoqla digitalı birləşdirmək. Kompyuterlər davamlı kiçilir, bunu bilirik. Mobil telefonları öncələr daha kiçik olabilmə təlaşındaydılar. Sonradan fikir dəyişdirib bir az daha böyütdülər, amma indi də daha incə olma yarışı başladı. iPhone-la bağlı son dedi-qodulara görə telefonu daha da incəltmək üçün qulaqlıq girişini qaldırmağı düşünürlərmiş. Sabahdan axşama qədər yanımızdan ayırmamağımız, cibimizdə daha rahat daşıya bilməyimiz üçün bütün bu çabalaşmalar. Mobil Texnologiya istər-istəməz yaşam tərzimimizi də dəyişdirir. Hər gün yüzlərcə dəfə telefonumuza baxırıq. Daha doğrusu onun üzərindəki aynadan, pəncərədən digital dünyaya baxırıq. Ən yaxınınızdakı insanlara, ananıza-atanıza, həyat yoldaşınıza-uşağınıza ən son nə zaman gündə 100 dəfə baxdınız?

Geyiləbilən Texnologiya deyilən istehsala çalışan bir trend var. İstehsala çalışan deyirəm, çünki bu ana qədər həyatımıza yerləşmiş başarılı bir məhsul tam olaraq çıxmadı. Digitala doğru yolçuluğu qısaltmaq üçün pəncərələri, aynaları üzərimizə geydirmə trendidir bu. Əgər hamımız “aynalı ata” qədər bilgələşəcəksək mənim bir şikayətim olmaz. Google bu məsələylə bağlı gözlük çalışmaları apardı, Google Glass düzəltdi. Apple və Samsung kimi telefon istehsalçıları ağıllı saat formasındakı aynaları biləyimizə taxmağa çalışır. Bu texnologiyalar əvvəl-axır yaradılacaq və biz gerçəkdən də kompyuterləri daşımağı bıraxıb onları geyinməyə başlayacağıq.

Gecə analoq dünyamızın yuxu kimi gizli dərinliklərindən bizi aynadan düzəldilmiş bir planşet oyandıracaq. Üstəlik 3D ölçülü proyektor bacarıqlarıyla. Arxadakı aynaya baxın! Pərdə yoxdur. Elektroxromik ayna avtomatik olaraq rəng dəyişdirə biləcək. Ətrafımızdakı bütün aynalar bir ekrana dönəcək. Ətrafımızdakı hardasa hər şey də ayanaya dönüşəcək. Və biz davamlı onlara toxunacagıq. Xəyallarımızı onlarda axtaracağıq. Enerjimizi onlardan alacağıq. Gün boyu ətrafımızda o qədər çox yerdə olacaqlar ki, onlardan gözümüzü ayıra bilməyəcəyik. Qara taxtalar öncə ağ taxtaya çevrildi, artıq ayna divarlara çevriləcək. Çalışanlar bu divarların ətrafında toplantı edəcək. Yorucu geçən bir həftənin sonunda özünüzü təbiətəmi atdınız? Ətrafınızdakı yaşıllıqlara, ağaclara baxacaq deyilsiniz hər halda. O saat təbiətlə aranıza bir qurğu kimi çəkilən hər mövsüm şəraitinə dayanıqlı aynadan düzəldilmiş bilgi panellərinə qaçacaqsınız. Modern Çin Səddi.

Tamam, açıqlamalarımın bir az zarafat olduğunu kəbul edirəm, amma izlədiyiniz görüntülərdəki gələcək ggörünüşü sizcə də bu açıqlamalara bir az layiq deyilmi? Bu videonu mobil telefonlarda işlədilən “gorilla glass” aynalarını istehsal edən bir firma hazırlamışdır. 2012-ci ildə. Ondan öncə filmlərdə də bənzər konseptləri görməyə başlamışdıq.

Video qurğularımı Tom Kruz (Tom Cruise) kimi sadəcə əl hərəkətləriylə edə biləcəyim günləri görməyi mən də çox istərəm.

Ancaq görəsən, texnologiya bu yöndə inkişaf edəcəkmi?

Mən daha indidən texnologiyadakı inkişafın yavaş-yavaş xəyallarımızdan dönməsinə başladığını söyləyə bilərəm. Bundan 4-5 il öncə iPad kimi planşed cihazlar populyarlıq qazanmağa başlayınca istər-istəməz hər kəs toxunmalı ekranlarla dolu bir gələcək portreti çizməyə başladı. Amma texnologiyanın inkişafının necə bir yol izləyəcəyini kimsə tam olaraq cıza bilmir. Bunda bir az da biz istifadəçilərin alışqanlıqları rol oynayır. Planşet satışları düşməyə başladı. Ağıllı saatler hələ inkişaf etməyə çalışır. Google-un gözlüyü tam tutmadı. O zaman gələcekdə gecə analoq dünyamızın yuxu kimi gizli dərinliklərindən bizi aynadan düzəldilmiş bir planşet oyandıra bilməyəcəkmi yoxsa? Bəlkə də ayna divarların içinə həbs olacağıq? Gözümüzü açar-açmaz digital bir dünyada oyanacağıq. Çevrəmiz qara aynalarla doldurulacaq. “Black Mirror” filminin 1-ci sezonunun 2-ci bölümündə olduğu kimi.

Qara aynalar texnoloji olaraq çox da yeni sayılmaz. Keçmiş nağıllarda da vardı. Təbii, o zaman texnoloji oyuncaqların yerinə sehirli oyuncaqlar vardı və onlara başqa cür bir hava durumu soruşulurdu: “Ayna, ayna, söylə mənə, varmı bu dünyada məndən daha gözəli?”

Aynaların içindən keçərək digitala doğru etdiyimiz yolçuluqda bu il yeni bir oyuncağımız və yeni bir oyunumuz olacaq: Körebe!

Gözlərimizi tam çevrə saran bir aynadan bəhs edirəm. Elədir, axı bunu etmək ətrafımızdakı hər yeri aynayla doldurmaqdan çox daha asandır. Gözlərinin üstünə beləcə bir aynanı bağla və gerçəkliklə arana gözəl bir pərdə yerləşdir. Sonra da o pərdəyə 360 dərəcəlik görüntüləri yansıtmağa başla. Gerçəklikdən qop artıq, virtualı çox daha gözəl. Üstəlik bax bu da geyilə bilər. Texnologiyadakı yeni böyük nəysə çıxana qədər yaşasın yeni kral!

Bəlkə də analoqdan digitala edəcəyimiz yolçuluqda çox daha kəsmə bir yol vardır. Beynə qoşulmaq üçün niyə hələ aynaları, ya da ona baxan gözlərimizi işlədirlər ki? Yuxarıdan beynə taxacağımız bir kabellə birbaşa keçid etsək olmazmı?

İstehsal olunmuş və gələcəkdə istehsal olunacaq bütün texnoloji oyuncaqları böyük bir həyacanla izləyirəm. Özəlliklə “aynalı” olanları… Digital dünyayla aramızda körpü qurmağa çalışan “augmented reality – artırılmış gerçəklik”, “virtual reality – virtual gerçəklik” qurğularını… Bunlarla çox gözəl işlər görüləcəyini təxmin edirəm. Kim bilir, yaxında 360 dərəcə videolarla hekayə anlatmağın yollarını da axtararam. Amma bütün bunları edərkən “Texnoloji bir qurğuya çevrilməkdən” qorxuram. Digitala edilən yolçuluqda aldığımız biletin sadəcə “gediş bileti” olmasından rahatsızam.

İndi aynaların arxasından rəqəmsal bir dünyanı seyr edirik. Ümid edirəm gələcəkdə rəqəmsal bir dünyanın içində itmiş bir şəkildə analoq dünyamızı axtarmayacağıq.

Aynaların İçindən Rəqəmsal Dünyaya Yolçuluq