Application Store Optimization Nədir? ASO-SEO Arasında Nə Fərq Var

0
Application Store Optimization Nədir? ASO-SEO Arasında Nə Fərq Var
Application Store Optimization Nədir? ASO-SEO Arasında Nə Fərq Var

Application Store Optimization (ASO) ilə Search Engine Optimization (SEO) arasında olan fərqləri görmək və anlamaq önəmlidir. ASO və SEO oxşar işlər olsalar da, aralarında bir sıra fərqlər var.

Bu bloq yazımızda ASO ilə SEO arasındakı eyniliklər və fərqliliklər haqqında danışıb, tez-tez soruşulan sualları cavablandırmağa çalışacağıq. Başlamazdan öncə bu anlayışların açıqlamasına baxaq.

Application Store Optimization (ASO) Nədir?

Application Store Optimization (qısaca olaraq ASO) – tərcüməsi Uyğulama Bazarlarına Optimallaşdırmadır. ASO mobil uyğulamanızın (buna Azərbaycan dilində bir çox hallarda tətbiqetmə, tətbiq, proqram, qoşma və ya əlavələr də deyilir) səhifəsini Google Play App Store, Apple App Store, ya da Amazon Appstore kimi satış platformalarında optimallaşdırılması üçün görülən işlərdir.

Səhifənin optimallaşdırılması birbaşa satış platformasında aparılmalıdır. Hər bir mobil uyğulamanız üçün ayrıca ASO işləri aparılmalıdır.

Search Engine Optimization (SEO) Nədir?

SEO (Search Engine Optimization) websaytın Google, Yahoo, BingYandex kimi axtarış sistemlərinin nəticələrində ilk sıralarda tapılması üçün görülən işlər toplusudur. Bu zaman saytın daxilində və xaricində (başqa saytlarda) görülən bir çox işlər axtarış sistemlərinin nəticələrinə təsir edir.

Axtarış sistemlərinin qoyduğu tələblər əsasən vebsaytların doğru-düzgün və istefadəçi rahatlığı ilə bağlı olduğundan, hər biri üçün görülən işlər eyni zamanda başqa axtarış sistemlərindəki nəticələrə də təsir edir.

ASO-SEO Arasındakı Ən Önəmli Fərq

Artıq biz ASO ilə SEO arasındakı ən önəmli fərqi görə bilərik: ASO birbaşa App Store-larda görülən işlər olduğu halda, SEO həm saytın daxilindəki, həm də başqa-başqa saytlardakı müxtəlif çalışmaların toplusudur.

Beləliklə, mobil uyğulamanı optimallaşdırmaq üçün hər bir app store-larda ayrı-ayrılıqda aşağıdakı işləri görmək lazımdır:

  • Açarsözlərinin düzgün seçilməsi;
  • Uyğulamanın adı və açıqlamasının optimallaşdırılması;
  • İkon, ilk görüntü (screenshot) və videolarının yoxlanılması;
  • Açarsözləri sahəsinin optimallaşdırılması (App Store);
  • Lokallaşdırma;
  • Backlinks (Google Play)
  • Reytinq və dəyərləndirmələrin yaxşılaşdırılması.

Lakin SEO saytın optimallaşdırılması üçün bizdən saytın özünün doğru-düzgün və istifadəçilər üçün rahat qurulmasını istəyir:

  • Domen adının qısa olması;
  • Domen adında açarsözləri;
  • Domenin uyğun zonadadan alınması;
  • Domenin www-li və www-siz variantlarından birinin seçilməsi;
  • Domenin reputasiyası;
  • Domen üçün neçə illik ödənişin edildiyi;
  • Hostinqin sürətli işləməsi;
  • Hostinqdə qırılmaların olmaması;
  • Hostinqin data mərkəzinin lokal olması;
  • URL strukturunun quruluşu;
  • Səhifələrin başlıqlarının, açarsözlərinin və açıqlamalarının düzgün və unikal olması;
  • Yazılışın qrammatik düzgün olması;
  • Yazı formatının optimallaşdırılması;
  • Yeni content;
  • Böyük content;
  • Unikal content;
  • Vizaual content;
  • Şəkillərin optimallaşdırılması;
  • Dizayn xətalarının olmaması;
  • Saytın mobil qurğulara uyğunlaşdırılması;
  • Sosial mediada paylaşmalar;
  • Keyfiyyətli backlinklər;
  • və daha nələr-nələr…

Gördüyümüz kimi, SEO-nun tələbləri çoxdur və saydıqca bitmir. Bundan başqa, axtarış sistemlərinə optimallaşdırmada edəcəyiniz hansısa bir səhvə görə saytınız cəzalandırıla bilər. Google cəriməsini aradan qaldırmaq isə aylar, bəzi hallarda isə illərimizi ala bilər.

App Store optimallaşdırmaları zamanı isə buraxdığınız hansısa səhvə görə ən pis halda uyğulamanız platformada yayımlanmayacaq. Səhvi aradan qaldıran kimi hər şey yoluna düşəcək. Doğrudur, həmişəlik də qadağan oluna bilərsiniz. Ancaq bunun üçün gərək çox pis bir iş görəsiniz, və onu dəfələrlə təkrar-təkrar edəsiniz.

ASO-da Ən Önəmli Olan Uyğulamanın Vizual Görüntüsüdür

SEO contentdən çox asılıdır: yazıların geniş və keyfiyyətli olması axtarış sistemlərinin nəticlərinə təsir edir. ASO isə başlıca olaraq vizual görüntüyə üstünlük verir. Bu isə axtarış nəticələrinin necə verilməsindən asılıdır.

Uzağa getməyək: axtarış sistemlərinin nəticələrində səhifələrin adı və açıqlaması sadəcə yazı şəklində olduğu halda, app store-da axtarış etdiyimizdə bizə mobil uyğulamaların adları, ikonları və bəzən ilk görüntüləri göstərilir.

SEO-da Uyğunluq Böyük Göstəricidir

Müasir axtarış sistemləri çox irəli getmiş və sizin saytınızdakı yazıların nələr danışıldığını anlayacaq hala gəlmişdir. Google təkcə başlıq və alt-başlıqdakı açarsözləri deyil, saytın keçid verdiyi və başqa saytların sizin sayta keçid verdiyi açarsözlərini oxuyub saytın/səhifənin məzmununu anlamağa çalışır.

ASO-da uyğunluq o qədər də önəmli deyil. Doğrudur, siz App Store-larda da axtarış və optimallaşdırma açarsözlərinə görə aparılır, ancaq backlinklər belə ölçülmür. Apple App Store-da backlinkərin heç önəmi yoxdur. Google Play Store-da isə bu keçidlər güclü və tam uyğun olarsa hesaba alınacaq.

Beləliklə, biz App Store Optimizationla SEO arasındakı fərqləri tam aydınlaşdırmağa çalışdıq. Düşünürəm ki, siz bu optimallaşdırma işlərinin müxtəlifliyi ilə tanış olaraq hədəfə doğru daha qısa yoldan çalışa biləcəksiniz.