Açıq Qaynaqlı Evlər: WordPress, Wikipedia və WikiHouse

Açıq Qaynaqlı Evlər: WordPress, Wikipedia və WikiHouse

Açıq qaynaq fikrinin öncüllərindən biri olan Linus Torvalds “Tülkü kimi təmbəl ol” demişdi. Hər dəfə təkəri yenidən icad etmeyə heç gərək yokdur. Onsuz da mövcud olan şeyləri al və öz ehtiyaclarına görə bunları uydur. Açıq qaynaq fəlsəfəsi. Ən təməl ehtiyaclarımızdan biri olan sığınmaq üçün də açıq qaynaqdan yararlana bilərikmi?

İnternetdə ziyarət etdiyiniz hər 5 saytdan biri WordPress içərilik yönəltmə sistemiylə yaradıldı. Mənim web saytım da bura daxildir. WordPress bir açıq qaynaqlı platformadır. Yəni kodları və dizaynı hər kəs tərəfindən görülür və düzəldilə bilər. İnternetdən endirirsiniz. Öz ehtiyaclarınıza görə düzəlişlər edib, dizayn verib öz saytınızı qura bilərsiniz.

Bir praqramın qaynağının açıq olması, ondan hər kəsin faydalana bilməsi, ya da hər kəsin qatqı sağlaya bilməsi fikri o qədər işə yaradı ki, artıq fiziki dünyaya da sıçradı. Açıq qaynaqlı avadanlıqlar ortaya çıxmağa başladı. Bunlar, hər kəsin endirib özü üçün yarada biləçəyi pulsuz paylaşılan planlardan qurulur. Bu planları internetdən endirib 3D printerdən çap edə bilirik. Açıq qaynaqlı 3D çap planları belə var. Yəni internetdən 3D bir printer planı endirib bunu 3D bir printerdən çap edə biərik. Aparat yaradan bir aparat yarada bilərik.

Keçən yüzillikdə belə bir sabit fikrimiz vardı. Bir şeyi ucuz hazırlamaq üçün o şeydən çox miqdarda düzəltmək lazımdır. Bu durumda o şeyin elə bir dizaynı olmalıdır ki, hər kəsin ehtiyacını görsün. Sizcə bu mümkündürmü? Tabii ki, mümkün deyil. Bu durumda “şeylərin dizaynı” ortalama bir istifadəçinin ortalama ehtiyaclarına görə yaradılır.

21-ci yüzillikdə texnologiya bu durumu dəyişdirəcək. Çünki 3D printer kimi yeni icadlar “bir şeyin istehsalı” üçün gərək olan zamanı və dolayısıyla maliyyəti azaldır. Artıq yararlandığımız telefonlar Kaliforniyada dizayn edilib Çindəki fabriklərdə yaradılmayacaq. Hər kəs tərəfindan dizayn olunub evinizdəki fabrikdən, yəni 3D printerdən çap ediləcək!

Keçən yüzillikdə istehsal kanallarına kimin sahib olacağını mübahisə edirdik. Bu yüzillikdə bəlkə də bu kanallara hamımız sahib olacağıq.

İnsanın üç təməl ihtiyacı var: yemək, geyinmə və sığınacaq. Bu üçüncüsü ilə bağlı olan açıq qaynaqlı bir yeniliyə başladıldı belə: WikiHouse – VikiEv. Adı WikiPedia – VikiPediyaya bənzədilmişdir. Açıq bir ensiklopediya olan VikiPediya ən önəmli referans qaynaqlarımızdan biri oldu. VikiEv də içində yaşadığımız bir gerçəkliye dönüşə bilər, həyatımızın vazgeçilməz bir parçası halıne gələ bilər.

WikiHouse açıq qaynaqlı bir inşa sistemidir. Bir web saytındakı üç ölçülü (3D) modellər kitabxanasıdır. Bu üç ölçülü modelləri SketchUp kimi ödənişsiz bir proqram işlədərək hər kəs yarada bilər, ya da var olan modelləri alıb dəyişdirə bilər. Sonucda bir evi download edib parça-parça çap edə bilərik. İstifadə olunan materiallar faneralardır. Bunu böyük bir 3D printer də deyə biləcəyimiz CNC aparatıyla kəsib parçalarımızı “çap edirik”. Bir başqa deyişlə evimizi eynilə LEGO parçalarını birləşdirir kimi düzəldirik. Parçaları birləşdirmək üçün iki və ya üç nəfərlik bir qrup yetərli olur. Çox böyük olmayan bir ev bir gündə yaradıla bilər. Daha doğrusu evin ana gövdəsi, kobud inşaatı. Bunun üzərinə daha sonra pəncərə, üzlük, izolyasiya və başqa sistemləri də uyğulamaq gərəkdir. İşin əyləncəli tərəfi ehtiyac duyduqca yeni parçaları internetdən endirib, ya da dizaynını qurub çap edə bilərsiniz. Evinizi hər dəfə upgrade edə bilərsiniz. 

WikiEv proyektinin fikir memarı Alastair Parvin buna “insanlar üçün insanlar əliylə memarı” deyir. Əslində texnologiya və internet xaricində bu tip bir inşaat forması yüzillərdir uyğulanmış “imece üsulu”na çox bənzəyir. Aradakı bu texnologiya fərqi bilginin və dolayısıyla təcrübənin çox sürətli bir şəkildə yayılmasını sağlayır. Hər dəfə təkəri yenidən icad etmirik. Var olan bir kərpici alıb üzərinə bir yenisini artırırıq.

Bunlar çox kiçik başlangıclardır. Amma internet də belə başladı. Doğru yönə doğru çox kiçik bir baxış səpməklə atılan addımlar sizi sonunda bambaşqa bir hədəfə çatdıra bilər. İnternet ortamında dünyanın bir ucunda yaradılan fikirlər, dizayn dünyasının o biri ucundakı bir beyində yepyeni bir işığın yanmasına səbəb ola bilər. 

WordPress, dünyanın ən böyük dizayn yaradan bir platformasıdır. 20-ci yüzilliyin sənət saytları bu şəkildə qurula bilmişkən, 21-ci yüzillikdə nə üçün gerçək saytları belə qura bilməyək? WordPress kimi açıq qaynaqlı sistemlər bizim daha yaxşı content yarada bilməyimizi asanlaşdırdı. WikiHouse kimi sistemlər də daha yaxşı sığınmağımızı, daha yaxşı yaşamağımızı sağlaya bilər.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar