7 Milyard İnsan Facebooka Girərsə Nə Olar?

7 Milyard İnsan Facebooka Girərsə Nə Olar?

7 Milyard İnsan Facebooka Girərsə Nə Olar?

Facebook bir kollec otağında qurulduqdan 10 il sonra 1 milyard insanı bir-birinə bağladı. Bundan 10 il sonrası üçünsə hədəfi çox böyük: bütün dünyanı bir-birinə bağlamaq!

Dünyanın ən böyük sosial şəbəkəsi Facebookdur. O qədər böyüdü ki, hər ay 1,65 milyard insan tərəfındən işlədilir. Amma bu say yetərli deyil. Çünki daha da çox böyüməsi gərəkdir. Bütün dünyanın onu işlətməsi lazımdır. Bunun üçün dünyanın ən inkişaf etməmiş, ən ucqar bucaqlarına belə internet xidməti verilməlidir. Yaxşı, bu necə ediləcək?

Facebook bu missiyanı gerçəkləşdirə bilmək üçün internet.org adında bir web sayt açdı. Avqust 2013-cü idə. O zamandan bəri ucuz və yayılmış internet qoşulması üçün çeşidli proyektlər yaradır. Bunlardan ən çarpıcı olanı bir drone proyektidir: Aquila. Bu insansız hava qurğusunu bir çeşid uçan modem olaraq düşünə bilərsiniz. Yerdən haradasa 20 km yüksəkdə 90 gün boyunca uçması planlaşdırılır. Bənzər bir proyekti Google da “Loon Proyekti” adıyla bir yandan uçan şarlarla yaratmağa çalışarkən, başqa yandan “Titan Proyekti” ilə eyni Facebook kimi insansız hava qurğularını da inkişaf etdirir. Anlayacağınız hər kəsə internet çatdırma məsələsinda göylərdə çox sıx bir araştırma aparılması çalışması var. Sanki “istikbal göylərdədir” sözü bizə deyil də, onlara söylənmiş kimi.

Facebookun proyektindəki uçan dronlar öyrəşdiyimiz uçan qurğulardan çox böyükdür. Qanadı açıq bir Boeing 737-dən daha böyük, 43 metrə yaxın. Karbon fiberdən düzəldildiyi üçün çox yüngül, 400 kq. Günəş energisiylə çalışır və sadəcə 3 saç qurutma aparatının işlədiyi qədər energi işlədir. Dolayısıyla çox-çox yavaş uçur. Ancaq zatən internetə qoşulma sağlayacağı üçün yavaş uçması gərəkdir.

Aquila, keçən ay ilk test uçuşunu gerçəkləşdirdi. 30 dəqiqa uçması belə yetərli olacaqkən 90 dəqiqə boyunca havada qala bilməyi bacardı. Yaxşı, bəs nə üçün uçan aparat? İnternetə qoşulma üçün peyklər, ya da çox yüksəklikde antenalar quraşdırmaq yerinə uçan aparatlardan yararlanmağın üstünlüyü nədədir? Əslində Facebook bu məsələylə bağlı geniş bir araşdırma aparıb sonuclarını hər kəslə paylaşmışdır. Maraqlananlar 11 səhifəlik bu sənədi incələyə bilər. Tanışlıq olaraq uçan qurğular antena qüllələrindən daha yüksəkdə olduğu üçün daha geniş bir sahəni əhatə edə bilir. O biri yandan peyklərdən daha alçaqda olduğu üçün daha güçlü siqnal yaya bilir.

Üzünü texnologiyaya dönmüş demək olar hər kəs bugünlərdə gələcəyin teknologiyaları haqqında danışır; yaradıcı zəka, virtual gerçəklik, Pokemon Go (artırılmış gerçəklik). Artıq başlıca problem bu cür teknologiyaların yaradılmasından, inkişaf etdirilməsindən çox yayılmasıdır. Yenilikci texnologiyaları işlədə bilmək üçün sadəcə internetə deyil, sürətli və kəsilməyən internetə ehtiyac var. Siz ağlınıza virtual gerçəklik gözlüyü taxıb oyunlar oynamağa başlamış ola bilərsiniz, amma dünyanın başqa bir yerində içməyə təmiz su belə tapa bilməyən insanlar var. Daha internetə belə girə bilməyən bu insanlar virtual gerçəklik dünyasını necə işlədəcəklər? Yaradıcı zəkadan necə faydalanacaqlar? Hər şeydən önəmlisi internetin bu insanlara nə faydası olacaq?

Mark Zuckerbergə görə internetə yiyələnən hər 10 kişidən birinin ekonomik durumu daha yaxşı hala gəlir. İnternet yeni iş imkanları ortaya çıxarır. Dolayısıyla internetə girişi olmayan 4 milyard insana bu imkan sağlandığında onların da yaşam keyfiyyəti arta bilər. Düşünün, məktəbin belə olmadığı ucqar bir yerdə internet öyrənmək üçün yaxşı bir fürsət yarada bilər. Pis istəkləri güdməyən bir məktəb quruluşu olan Khan Academy-nin Hindistanda buna oxşar yararlı çalışmalar etdiyini duymuşdum.

Təbii bunun Facebooka da faydaları olacaq. Bir anlamda dünyanın nüfuz sahibinə çevriləcək. Yer üzünün ən böyük insan platforması! Şirkətin vizyonu hər kəsə internet sağlamaqla birlikdə eyni zamanda hər kəsi Facebookda da görüşdürə bilmək. Orada mümkün olduğu qədər çox zaman keçirdə bilmək. Gözlərimizi və dolayısıyla diqqətimizi ovlamaq!

Bundan 10 il sonra 20 km yuxarıda uçan onminlərcə qanadlı modemdən aldığınız interneti işlədərək başınıza bir kaska taxıb virtual gerçəklik aləminə dalacaqsınız və orada bəlkə də özünüzü göy üzündə süzən bir quş kimi duyacaqsınız. Hə, deyəsən gələcək doğurdan da göylərdədir…


7 Milyard İnsan Facebooka Girərsə Nə Olar?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar