5 Addımla SEO: Websaytı Axtarış Sisteminə Göndər

5 Addımla SEO: Websaytı Axtarış Sisteminə Göndər

5 Addımla SEO: Websaytı Axtarış Sisteminə Göndər

Heç 5 addımla da SEO olar? SEO hər bir websaytın uğur qazanması bir kənara, heç olmasa axtarış sistemində tapılıb ziyarətçilərin sayının artırılması üçün aparılan işlər toplusudur. Bu gün Azərbaycanın ən tanınmış websayt və bloqlarının başlıca problemi onların axtarış sistemlərində tapılmamasıdır. Ən məşhur şirkət və ulduzların belə saytları axtarış sistemlərinə göndərilməyib, göndərilibsə də ən sadə SEO işləri aparılmayıb.

Əgər saytınız, ya da bloqunuzu özünüz və yaxınlarınızdan başqalarının da görüb oxumasını istəyirsinizsə, bunu bütün internetə deyin. Necə? Bu işdə SEO (Search Engine Optimization) adlandırılan çalışmalar toplusu yardımınıza gələcəkdir.

Əslində SEO işləri profesionallar tərəfindən aparılmalı və bu bir sayt açmaq, quraşdırmaq və dizayn etmək qədər bahalı xidmətdir. Yenə də öz saytım üçün SEO işlərini özüm edəcəyəm deyirsinizsə, burada SEO-nun başlıca 5 görülməli işlərini sıralayırıq.

1-ci Addım: SEO Keywords, Description və Title

SEO işlərinin və ümumiyyətlə sayt yaratmağın ilk görüləsi işi Meta Datalardır. Bura Keywords, Description və Title kimi üç əmr daxildir. Belə ki, internet saytın hər bir web səhifəsinin unikal (saytın başqa səhifələrində olmayan) meta əmrləri olmalı və mütləq doldurulmalıdır.

Keywords – Açarsözləri olub səhifənin hansı axtarış sözlərinə uyğun nəticələrdə tapılmasını göstərir. <head> əmrindən sonra ən çox 256 simvol olmaqla 10 dənə axtarış sözü vergüllə ayrılaraq aşağıdakı formada yazılmalıdır:

<meta name=”keywordscontent=”seo, axtarış, bloq, sayt, web, internet, addım, sistem, göndər, səhifə”/>

Description – Səhifənin açıqlaması olub axtarış sistemlərinə saytın hər bir səhifəsində nədən danışıldığını bildirir. Eyni zamanda axtarış sistemləri axtarış nəricələrində bu yazıları göstərdiyi üçün insanlarda maraq oyadacaq şəkildə yazmağa çalışın. Saytın hər bir səhifəsinə açarsözləri daxil olmaqla 156 simvolluq açıqlama əmri də eynilə keywords kimi <head> əmrindən sonra yazılır:

<meta name=”descriptioncontent=”Biz bu bloq yazımızda websayt və bloqların axtarış sisteminə göndərməyin ən əsas addımlarından danışırıq. SEO saytın axtarış sistemlərinə göndərilməsidir.”/>

Title – Meta əmrlərin arasında ən asan olanı isə sözsüz ki, title-dır. Title səhifənin adını axtarış sistemlərinə bildirir. Həm də bu internet istifadəçilərə axtarış nəticələrində və brauzerin başlığında görsəndiyi üçün anlamlı yazılması önəmlidir. Title ən çox 69 simvol olmaqla axtarış sözlərini özündə əks etdirməlidir. Misal üçün, səhifənin adını “Bizim Haqqımızda” qoymaqdansa, “WEB Şirkəri Haqqında” qoymaq daha yüksək nəticələr verər. Yaxşı olar ki, title əmri <head> içərisində keywords və descriptionla yanaşı ən üstddə yerləşdirilsin.

<title>10 Addımla SEO: Websaytı Axtarış Sisteminə Göndər</title>

Başqa meta əmrlər də var, ancaq bu 3-ü olmazsa saytınız axtarış sistemlərinə heç düşməyə də bilər. Hər bir axtarış sistemi fərqli simvol sayı istəyə bilər, ya da misal üçün, bəziləri Azərbaycan şriftlərini qəbul etmir. Ya da onların hər biri sonradan qaydalarını dəyişə bilər, ancaq ümumilikdə götürdükdə bu standartlar hər bir axtarış sistemi üçün keçərlidir. Yaxşı olar ki, bu işi profesionallara tapşırasınız. Yenə də əgər özünüz yazırsınızsa çalışın hiylədən istifadə etməyəsiniz. Misal üçün, 1 səhifənin keywords əmri “axtar, axtarış, axtarma, axtarılır, axtarish, axtarıram, axtarışda, axtarmaq, axtaran, axtarılan” şəklində yazılıb “axtar” sözü üçün hədəflənməsi mənfi nəticələr verə bilər. Aldatmağa çalışmaq saytın daha gec tapılması, ya da uzun müddət sistemdən əngəllənməsi (ban) kimi cəzalandırıla bilər.

2-ci Addım: Websaytı Axtarış Sisteminə Göndər

Əslində ilk addım saytı axtarış sistemlərinə göndərmək olmalıdır. Ya da əgər saytınız və bloq düzgün hazırlanmışdırsa gec ya tez axtarış sistemlərinin bazasına düşəcək. Daha tez nəticə əldə etmək üçünsə bunu özünüz etməlisiniz. Həm də axtarış sistemlərinin webmasterlər üçün hazırlanmış alətləri saytda olan bir sıra çatışmazlıqları sizə bildirməklə işinizi daha da asanlaşdıracaq. Beləliklə, saytınızı göndərməli olduğunuz ən məşhur 5 axtarış sistemini diqqətinizə çatdırırıq. Linklərin hər birinə tıklayaraq birbaşa sayt əlavə etmək səhifəsinə keçəcəksiniz:

Google Webmasters Tools – Adını bu yaxınlarda dəyişərək Google Search Console olmasına baxmayaraq webmasterlərə lazım olan ən birinci alət olaraq qalır. Saytınızı Google axtarışına göndərməyin ən sürətli yolu bu alətdən istifadə etməkdir.

Saytını Bing axtarış sisteminə göndər Bingin webmaster alətinin bir böyük üstünlüyü var: Onun köməyilə saytın seo analizini aparmaq olduqca asandır. Bing SEO Analyzer saytda olan bütün zəif nöqtələri, çatışmazlıqları bir-bir sizə əyani şəkildə göstərəcəkdir.

Yandex Webmaster – Rusiyanın ən böyük axtarış sistemi sözsüz ki, Yandexdir. Qeydiyyatdan keçdikdən sonra Yandexə öz saytlarınızı göndərin və təsdiq edin.

DMOZ – Deyilənlərə görə DMOZ internetin ən böyük saytlar kataloqudur və hər bir sayt avtomatlaşdırılmış şəkildə yox, real insanlar tərəfindən tək-tək yoxlanılaraq kataloqa artırılır. Qeyri kommersiya qurumunda çalışan könüllülər ödənişsiz olaraq bu işi açıq kataloq olaq üçün görürlər. Nə dərəcədə inanıb-inanmamağımızdan asılı olmayaraq saytı bura da göndərmək lazımdır. Həm də bir halda ki, Google bu kataloqda olmağı sayt üçün böyük üstünlük hesab edir, onda tez öz saytınızı göndərin. Könüllü işçilərin saytı kataloqa artırması işi isə çox uzun çəkə bilər, həm də lap çox. Təkcə çalışın ki, bir müddət sonra yenidən göndərməyəsiniz, yoxsa saytı kataloqda uzun müddətlik əngəlləyəcəklər.

Alexa – Googledan da çox öncə yaranmış Alexanın bir çox funksiyaları arasında özünəməxsus reyting sistemini vurğulamaq lazımdır. Alexa reyting sistemi çox dürüst olaraq reyting xallarını ziyarətçi sayı və ziyarətçilərin oxuduqları səhifələr kimi 2 vacib göstəricilər əsasında hesablayır. Bir halda ki, başqa xidmətlərindən fərqli olaraq reytingləmə sistemi pulsuzdur, niyə öz saytınızı göndərməyəsiniz?

3-cü Addım: Backlinks

Backlinks nədir? Bu Sizin sayta keçid verən başqa saytlardır. Onlar axtarış sistemlərinə sanki tövsiyyə məktubu kimi Sizin saytınızla bağlı informasiya verir.

Backlinklər axtarışdakı reytinqlərə birbaşa təsir edir. Nə qədər çox backlink olarsa, axtarış sistemlərinin həmin sayta verdikləri reytinq də yüksək olacaqdır və reytinq yüksələcəkdir. Eyni zamanda backlinklərin sayı çox olması həmin saytı tövsiyyə edənlərin çox olması deməkdir. Bu da axtarış sistemlərinin sayta olan inamını artırır və müəlliflik, qaynaq göstəriciliyini yüksəldir.

SEO işləri aparılarkən backlinklərin önəmi əvəzedilməzdir və xarici SEO işlərinə aid edilir. Backlink Building üçün görüləcək işlərin bəziləri:

Sosial Media Marketing – Sosial media istifadəçiləri ziyarətçi sayının artırılmasında, müştəri məmnuniyyəti yaratmaqda yardımçınız olmaqla yanaşı həm də axtarış sistemlərində yaxşı göstəricilər almağınıza yardım edəcəkdir. Bunun üçün saytınıza keçidlər qoymağı unutmayın. Ən məşhur olanlar isə Facebook və Twitter olmasına baxmayaraq Google+, Youtube videoları SEO nəticələrinin uğurunu çoxaltmaq üçün güclü vasitədir.

Biznes və Sayt Kataloqlarında Qeydiyyat – Ola bilər ki, sizin işinizi axtarış sistemində yox, başqa bir məlumat saytında, biznes kataloqda axtarsınlar. Belə saytlarda qeydiyyat isə əsasən ödənişsizdir. O zaman nə üçün sizin saytınızı tapmasınlar? Örnək olaraq Navigator.az, BiznesInfo.az saytlarını göstərmək olar.

Tematik Bloglarla Əməkdaşlıq – Backlinklərin saytın temasına uyğun olması çox önəmlidir. Bunun üçün saytla eyni sahəyə aid olan, eyni məzmunda çalışan saytlarla əməkdaşlıq etmək, saytlarda qarşılıqlı linklər yerləşdirmək olar. Ən azından temaya uyğun sayt və bloqlardakı səhifələrə rəy bildirərək saytınıza link qoymaq olar.

4-cü Addım: Saytın İçini Doldur (Content Yarat)

Əlbəttə ki, sayt açırsansa içinə birşeylər yazmalısan. Bu da var ki, 5 səhifədən ibarət bir sayt 1000 səhifəsi olan saytdan daha çox axtarılan, buna görə də axtarış sistemləri tərəfindən daha yüksək qiymətləndirilən ola bilməz. Saytın doğru-düzgün yaradılmış (hər birinə unikal title, description və keywordslə yanaşı unikal content olmalıdır) səhifələrinin sayı nə qədər çox olarsa ziyarətçilərin sayı – onların saytda keçirdikləri vaxt daha çox olar.

Axtarış sistemlərinin saytın yazılarına qoyduğu şərtlərin hamısını bir bloq yazısında saya bilmərik. Misal üçün şərtlərə daxildir: içərilik 300 simvoldan çox olmalıdır, hər səhifədən minimum 3 outbound link (saytdan xaricə keçid) olması yaxşıdır, hər səhifədə maksimum 100 keçid (link) olmalıdır, ən çox və mütləq 1 dənə h1 başlıq yazısı, keywords açarsözləri ilk abzasda, h2, h3 başlıqlarında olmalıdır və başqa-başqa. Video, audio faylın olması da yaxşı sayılır, ancaq hər səhifənin bir rəsminin olması da lazımdır. Rəsm, video, audio və daxili / xarici keçidlərin adları (alt əmirləri) və açıqlamaları doldurulmalıdır.

Sayt İçində Bolq – Blogging hər bir saytın malik olmaq istədiyi elementdir. Beləcə siz sadəcə saytın səhifələrini çoxaltmış olmursunuz: düzgün məsləhətlərlə oxucu kütləsinin sayını yaxşıca artırmaq, axtarış sistemlərində daha çox axtarışlara uyğun işlər aparmaq, yazılar yazmaq olar.

Yazılar çoxaldıqca sayt böyüyəcək, beləliklə də görüləcək işlərin sayı da, çətinliyi də artacaq. Bütün bu olanları izləmək və nəticələrə baxmaq üçünsə saytın statistika sistemi lazımdır.

5-ci Addım: Saytın Statistikalarını İzlə

Google Analytics – İnternetdə olan çox sayda statistika xidmətləri arasında ən məşhuru və olması vacib olan sözsüz ki, Google şirkətinin təqdim etdiyi analitika programıdır. Tamamilə ödənişsiz olaraq qeydiyyatdan keçin və saytınızı göndərin. Google Analytics sadəcə statistika deyil, saytın digital marketinqini qurmaq üçün bir çox çıxış yolları ilə sizə yardımçı olacaqdır.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar