2019-cu İldə Yüksələcək 6 Texnoloji Trend
2019-cu İldə Yüksələcək 6 Texnoloji Trend

Bir dəniz qırağında olduğunuzu düşünün: dalğalar sahilə vurur. Bir yandan okeanın dərinliklərindən yeni bir şeylər gətirir. O biri yandan sahildəki keçmiş daşları söküb götürür. Mən trendləri o dalğalara bənzədirəm. 2019-cu ildə yenə bir çox dalğa sahillərimizə vuracaq və dünyanı formalaşdırmağa davam edəcək. Yaxınlaşmaqda olan bu dalğaların içindən 6 dənəsini sizlər üçün seçdim. Bəlkə bu yeniliklərin hər biri sizin ayaqlarınızı islatmayacaq. Ancaq dünyanın hara getdiyini bilmək daha geniş bir görüntüyə qovuşa bilmək üçün önəmlidir. Sənətdən başlayaqmı?

Sənət

2019-cu ildə sənət ve teknologiyanın daha çox iç-içə girməyə başladığını görəcəyik. Texno-muzeylər məşhurlaşacaq. İçində dolaşarkən “bax, mən muzeyə də gedirəm” şəklində öz fotomuzu çəkəcəyimiz bir texnologiyadan danışmıram. Tam əksinə, bu cür muzeylərə girərkən cib telefonunuzu qapıda qoymalısınız. Bütün bildirişləri yaşayacağınız sınağa açmalısınız. Çünki qurulan dizayn sizi bir hekayənin izləyicisi olmaqdan çıxarıb qəhrəmanı halına gətirməyi planlayır.

Bu cür muzeylərin ilk örnəklərini Yaponiyada görməyə başladıq. TeamLab sənət qrupunun qurduğu sərgi dizaynı onu gəzənləri sənətin bir parçası halına gətirməyi hədəfləyir.

Tuval yerinə proyektor, fırça yerinə süni intellekt, aparat öyrənmək kimi yenilikçi texnologiyaları işlədən bir başqa sənətçi də Refik Anadoldur. Daha öncə kanalıma qonaq etdiyim Refikin dünyanın dörd bir tərəfində yaratdığı dizaynlar sərgilənir. Və nə mutlu bizə ki, “texno sərgi” deyəbiləcəyimiz və 2019-cu ildə yüksələcəyini düşündüyümüz bu trendin ilk örnəklərindən bir başqası da İstanbulda edildi.

Bu məsələdə verəbiləcəyim başqa bir örnək yemək sənətiylə bağlıdır. Bu sərgi bir gəmidə yolçuluq edərkən süfrənizə gəlir. Boşqabınızda digital olaraq yeməklərin hazırlanmasını izləyirsiniz. Kiçik aşpazınız qatqıları bir araya gətirərkən gizli bir istəyi var: bütün duyğularınızı işlədərək iştahınızı artırmaq.

Artıq sərgi, ya da muzey dedikdə ağlınıza sadəcə divarlarda asılmış iki ölçülü tablolardan qurulmuş qalereyalar gəlməsin. Ən son muzeylər belə daha yenilikçi yollarla qonaqlarına çatmağa çalışır. Misal üçün, dünyanın ən çox ziyarət edilən muzeyi, Mona Lisa rəsminin də olduğu Parisdəki Luvr belə JayZ və Beyonce-a bir musiqi klipi çəkdirdi və indilərdə bu klipdəki sənət əsərlərinin gəzdirildiyi özəl turlar edilir.

Sosial Media

Deyəsən, 2019-cu ildə süfrəsindən bir az doymağa başladığımızı çox duyacağıq. Facebook başda olmaq üzrə onsuz da güvən çətinlikləri yaşamağa başladığımız bu ortamlarda bir də izləyici satın alan Instagram və Twitter fenomenləri və bunlarla markaların sözləşmiş ilişkiləri ortaya çıxdıqca o süfrədəki yeməklərin dadı da istər-istəməz bir az qaçır. Bu məsələdə önümüzdəki il iki önəmli trendin yüksələcəyini öngörürəm.

İlki, “stories – hekayələr” konsepti bir az daha maraq çəkici olacaq. Nə üçün? Çünki qısa və biranlıqdır. Biranlıq olduğu, yəni bir az qaldıqdan sonra silindiyi üçün insanların etdikləri paylaşımlar daha səmimi və təbiidir. Bunu Snapchat başlatmışdı yadınızdadırsa. Sonra da Instagram ondan görüb öz platformasına uyğulamışdı. Mən hər ikisini də işlətdikdən sonra Snapchat-dan vaz keçib sadəcə Instagram-ın hekayələrinə davam etdim. Ancaq başlıca olaraq YouTube videolarımın bildirişlərini göndərmək üçün. Keçən dəfə YouTube da öz “hekayələr” özəlliyini başlatdı. Dolayısıyla artıq oranı daha aktiv işlədirəm. Məndən soruşulan sualların cavabları, bu videolara etdiyim hazırlıqları və bu arada qarşılaşdığım günlük xəbərləri oradan paylaşmağa başladım. Aparılan sorğular və araşdırmalar önümüzdəki il buna oxşar “hekayələr” trendinin daha da yüksələcəyini göstərir. Araşdırmaları bıraxıb öz şəxsi proqnozlarımı düşünsəm, bunu deyə bilərəm. Sosial medianı izləyən siz dəyərli izləyicilərin zəkasını aşağı tutan hər fenomen, hər platforma bir ara yüksəlsə də sonra gücünü itirəcək. İzləyicisinə dəyər verən, şəffaf, dürüst və səmimi platformalar və bunlardan yararlanaraq paylaşım edənlər sadəcə 2019-cu ildə deyil, daha sonrakı illərdə də qalıcı olmağa davam edəcək. Qısaca “səmimi ol, ciyərimi ye!”

Sosial media məsələsindəki ikinci önəmli trend işin sağlıq yönüylə bağlıdır. Çünki aşırı işlətməyimiz ağıl sağlımızı pozduğu hər gün yeni elmi araşdırmalarla dəstəklənir. Mart 2018-ci ildə aparılan bir araşdırmanın sonlarına görə gündə 1 saatdan çox sosial mediada vaxt keçirənlərdə mutsuzluq, əsəb pozğunluğu, yəni həyacan, anlaşılmazlıq, qorxu və hüzursuzluq, hətta bəzilərində depresiya gözlənilir. Qısası, ağlımızı yeyirik. Bunun üçün 2019-cu ildə gərək ən çox kanalları və gərək olarsa cib telefonu istehsalçıları bunların daha balanslaşdırılmış işlədilməsi üçün çox daha ciddi planlar qurmağa başlayacaq. 3 milyard insanın ağıl sağlığından danışırıq, zarafat olmaz. Zənciri qırma videosunda önərdiyim kimi gəlin siz bu trendə indidən ayaq uydurun və 2019-cu ildə günlük işlətməyinizi 1 saatın altında tutmağa çalışın. Mənim videolara və ən çox paylaşımlarıma həftədə 10-15 dəqiqə ayırsanız bizə yetər deyə düşünürəm. Önəmli olan ürəklər birlikdə olsun.

Mobil

2019-cu ildə cib telefonlarına gəlməsi gözlənilən ən önəmli trend “qatlanabilən ekranlar” olacaq. Keçən ay Samsung yaratdığı bir prototipi ucundan göstərmişdi. Bağlandıqda telefon, açıldıqda bir planşetə çevrilən bu cihazın 2019-cu ildə bazara çıxması gözlənilir. Bu videonun sponsoru da olan Samsung-un Note ailəsini uzun bir aradır işlədirəm. Bir zamanlar gedərək kiçilmə trendini tərsinə çevirən yeni bir trend başlatmışdı bilirsiniz bu Note seriyası. İndi qatlanabilən ekranlarla 2019-cu ildə daha bir yeni trend başlada bilər. Bu innovativ yenilikci mobil cihazlara hərkəsin tez sahib olabilməsi və yayğınlaşabilməsi asan deyil. Ancaq Samsung-un A və J seriyası kimi daha uyğun qiymətdə olan modellərində də bu teknologiyanın sürətlə həyata keçirildiyini görürük. Misal üçün, Galaxy A9 dünyanın ilk 4 kameralı telefonudur. Dolayısıyla, 2019-un mobil trendlərindən ikincisi də bu olacaq. Mobil cihaz istehsalçiları bu məhsulların daha yaxşı foto və video çəkəbilməsi üçün yeni fikirlər yoxlamağa davam edəcəklər.

Sinema

2019 texnologiya şirkətlərinin sinema dünyasına girdiyi və oranı da alt-üst etməyə başladığı bir il olaraq yada qala bilər. Bəziləri bu yeni trendə maraqlı bir ad da verib. Texnologiyanı təmsil edən Silicon Valley, yəni Silikon Vadisi ilə sinemanı təmsil edən Hollywood-u birləşdirərək “Silicon Valleywood” dedilər. Yeni nəsil TV platformalarını bilirsiniz: Bizdəki Blu TV, ya da Puhu TV. Bütün dünyadakı Netflix kimi platformalar. Bunlar öncə texnologiyanı işlədərək filmləri, serialları dağıtma işinin öhdəsindən gəldilər. Sonra öz içəriklərini (content) yaratmağa başladılar. TV-də görməyə öyrəşdiyimiz formadakı içəriklər, misalçün serallar, yarışmalar, ya da yemək proqramları bu platformalar tərəfındən yaradılmağa başlandı. 2019-cu ildə yaşanacaq əsil rəqabətinsə artıq sinema salonlarıyla olacağı öngörülür.

Bilmirəm izlədinizmi, ancaq keçən həftə Netflix-də Alfonso Cuaron-un Roma deyə bir filmi yayınlandı. Bu keyfiyyət olaraq daha öncə Netflix-in çəkdiyi filmlərdən çox daha yüksəkdə olan bir işdir. Çox guman 2019-cu ildə ən az bir neçə dənə Oscar ödülü alacaq. Ondan öncə də 2017-ci ildə Amazon Studiyalarının “Manchester by the Sea” filmi “Ən yaxşı film ödülü”nə namizəd göstərilmişti. Hə, doğru duydunuz, online kitabçı olaraq işə başlayan Amazonun uzun bir aradır film studiyaları da var. Çünkü Netflix-in ən böyük rəkiblərindən biridir. Yəni bu texnologiya divləri artıq ödüllü filmlər çəkməyə/çəkdirməyə başladı. Bu da Hollywood sistemi deyilən və çox önəmli bir parçası sinema salonları olan ekosistemə təsir edir. Düşünün, Oscar ödüllü filmlər artıq internetdən “legal olarak” izlənə bilər. Üstəlik ev sinema sisteminiz varsa, bir sinema salonunda axtaracağınız hər şeyi evinizdə də tapa bilərsiniz. Çünki bu filmlər 4K dəqiqliyində HDR, ya da Dolby Vision rənkləriylə 11.1 kanal və daha çoxunu dəstəkləyən Dolby Atmos kimi səs texnologiyalarıyla birlikdə yayımlanır artıq. Onsuz da bu fürsətləri görən ən az 3 böyük texnologiya divinin “Apple, AT&T və Disney”in 2019-cu ildə Netflix, Amazon və Hulu kimi platformalara rəqib yeni platformaları bazara çıxaracağı düşünülür. Dolayısıyla 2019-un ən böyük sinema trendi sinemaya getməmək ola bilər.

Səs

Az öncə səsdən danışmışkən oradan davam edək. Çünki 2019-cu ildə səslə kontrol edilən texnoloji cihazların sayında da bir partlayiş yaşanması gözlənilir. Bir yerlərdə belə çox çarpıcı bir söz oxumuşdum. Adını vermək istəməyən bir Silikon Vadisi teknologiya şirkətinin yönəticisi demişdir ki: “Qulaqlarınız olarsa, ağlınız da olar.” Son illərdə qulaqlıq modelləri məsələsində yaşanan inanılmaz artımın bir təsadüf olmadığını bu sözdən də anlaya bilərik. Başqa yandan Spotify kimi musiqi platformaları bize musiqini çox daha da seçilə bilən hala gətirdi. Artıq dilədiyimiz yərdə dilədiyimiz muiqini dinləməyə başlaya bilərik. IoT – Internet of Things axımının yardımıyla önümüzdəki il ağıllı hoparlorlər də yaxşıca yayıldıqca artıq qulaqlıqlarımızda başlayan musiqini başqa yerlərdə dinləməyə öyrəşəcəyik. Səs texnologiyalarını və içəriklərini sadəcə musiqiylə sərhədləmək lazımdır. Podcast, səsli kitab kimi formatlar zatən dünyada gedərək yayğınlaşır. 2008-dən bu yana 3 qat artdı. Mənim öngörüşüm 2019-cu ildə Türkiyədə də bu formatlarda daha çox içərik görməyə başlayacağıq.

İnternet

İnternetlə bağlı gözlənilən ən böyük trendin teknologiya deyil, etik bir dalğa olacağı düşünülür. Keçən il Facebook-la bağlı meydana gələn olaylar bir anda böyüyüb “Facebook-u silmə” hərəkatına çevrilmişdi və mən də bununla bağlı ayrıntılı bir video hazırlamışdım. O dalğanın etkisi hələ davam edir və artıq bütün texnologiya markalarının proaktif bir ölçüdə düşünməsi gərəkdir.

“Mən çox gözel bir internet platforması” yaratdım, ancaq içində paylaşılanlar məni ilgiləndirməz deyə bilməzlər. Markalar bunların içində nifrət sözləri, kiber təhqir, dezinformasiya kimi şeylərin olmasına daha çox göz yuma bilməzlər. Bu məsələdə daha da irəliyə gedən bəzi düşünənlər həkimlərin etdiyi Hipokrat andına oxşar bir Teknotrat andının olmasının gərəkdiyini söyləyirlər. Bilirsiniz, o andda həkimər “heç kimə zərər verməyəcəyəm” deyirlər.

Mənim özəl baxışım sadəcə platformaların sahibi olan markaların deyil, biz içərik yaradanların da buna bənzər bir and etməsidir. Buradan YouTuber məsləkdaşlarım başda olmaq üzrə bütün içərik yaradıcılarına açıq bir çağrı edirəm. Gəlin 2019-cu ildəki bu etik internet trendinə biz də ayaq uyduraq. Gəlin “birbaşa, ya da dolayı olaraq etdiyimiz paylaşımlarla, yayımladığımız içəriklərlə kimsəyə zərər verməyəcəyimizə” and içək.

2019-cu ildə daha başqa trend dalğaları da gözləmilir əlbəttə, ancaq mən bizi ən çox maraqlandıranları seçməyə çalışdım. Misal üçün, daha öncəki bir videomda danışdığım uçan maşınlar satışa çıxa bilər, ancaq bir trendə dönməsi üçün 2019 çox erkəndir. Başqa yandan komas texnologiyalarını bu siyahıdan qıraqda tutmağa üstünlük verdim. Ancaq bunu söyləyə bilərəm, artıq dünyadan kosmosa həftədə bir neçə dəfə, hətta bəzən gündə 3-4 dəfə roket göndərilən bir dünyadayıq. Bu dünyanın sahillərinə 2019-cu ildə də bir çox yeni dalğa çatacaq. Əgər bu dənizdə üzməyi, ya da sörfing etməyi istəyirsinizsə az öncə verdiyim örnəkləri düşünərək hazırlıq görməkdə fayda var. 

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar