1 Saata Yeni Websayt Açmaq: 3 Addım

0
1 Saata Yeni Websayt Açmaq: 3 Addım

1 Saata Yeni Websayt Açmaq: 3 Addım

Özünüzə sayt açmaq istəyirsiz? Çox gözəl! Ancaq domen, hostinq və websayt qurmaq proqramları haqqında heç bir anlayışınız yoxdur? Mən sizə haradan və necə başlayacağınızı, hansı işlərin görüləcəyini bu bloq yazısında izah edəcəm.

Beləliklə, sayt açmaq üçün sizə 1 saat vaxt yetərlidir. Bu 1 saat ərzində sizin görəcəyiniz 3 əsas iş var:[trx_columns count=”3″][trx_column_item][trx_title type=”3″ style=”iconed” align=”center” weight=”700″ icon=”inherit” image=”none” picture=”https://www.web.com.az/wp-content/uploads/domen-qeydiyyati.png” size=”huge” position=”top” background=”none” link=”yes” top=”1.4em”][10 dəq.][/trx_title][trx_block bg_tint=”none” dedicated=”” align=”center” columns=”none” scroll=”” dir=”horizontal” bottom=”6em”][trx_highlight type=”0″ size=”14″ line_height=”24″ style=”display: block; min-height: 48px;”]Addım 1: Yeni bir sayt açmaq üçün[/trx_highlight][trx_button type=”square” style=”global” size=”medium” fullsize=”” icon=”inherit” align=”none” popup=”” top=”15px” link=”https://hostinq1.com/”]Domen və Hostinq Almaq[/trx_button][/trx_block][/trx_column_item][trx_column_item][trx_title type=”3″ style=”iconed” align=”center” weight=”700″ icon=”inherit” image=”none” picture=”https://www.web.com.az/wp-content/uploads/WordPress.png” size=”huge” position=”top” background=”none” link=”yes” top=”1.4em”][10 dəq.][/trx_title][trx_block bg_tint=”none” dedicated=”” align=”center” columns=”none” scroll=”” dir=”horizontal” bottom=”6em”][trx_highlight type=”0″ size=”14″ line_height=”24″ style=”display: block; min-height: 48px;”]Addım 2: Saytı asanlıqla qurmaq üçün[/trx_highlight][trx_button type=”square” style=”global” size=”medium” fullsize=”” icon=”inherit” align=”none” popup=”” top=”15px” link=”https://hostinq1.com/shared-services/application-installer/wordpress/”]WordPress Quraşdırmaq[/trx_button][/trx_block][/trx_column_item][trx_column_item][trx_title type=”3″ style=”iconed” align=”center” weight=”700″ icon=”inherit” image=”none” picture=”https://www.web.com.az/wp-content/uploads/web-dizayn.png” size=”huge” position=”top” background=”none” link=”yes” top=”1.4em”][40 dəq.][/trx_title][trx_block bg_tint=”none” dedicated=”” align=”center” columns=”none” scroll=”” dir=”horizontal” bottom=”6em”][trx_highlight type=”0″ size=”14″ line_height=”24″ style=”display: block; min-height: 48px;”]Addım 3: Daha gözəl görünməsi üçün[/trx_highlight][trx_button type=”square” style=”global” size=”medium” fullsize=”” icon=”inherit” align=”none” popup=”” top=”15px” link=”https://www.web.com.az/bloq/web-dizayn/”]Saytı Dizayn Etmək[/trx_button][/trx_block][/trx_column_item][/trx_columns]

1-ci Addım: Domen və Hostinq Almaq

Siz ilk öncə mütləq domen və hostinq almalısız. Soruşa bilərsiniz ki, pulsuz domen və hostinqlə sayt açmaq olmazmı? Olar. Siz sadəcə WordPress.com saytında qeydiyyatdan keçməklə həm pulsuz domen adı, həm də veb hostinqə sahib olursunuz. Bu qədər asan.

Ancaq onu demək lazımdır ki, bu Dünyada pulsuz yalnız siçan tələsində pendir olur. Bu o deməkdir ki, pulsuz domen və hostinq üçün çəkdiyiniz bütün zəhmətlər boşa gedəcəkdir. Çünki birincisi, onların verdiyi pulsuz domen adı bir subdomendir (subdomain), yəni domen içində domen kimi olacaq. Bu isə axtarış sistemlərində yaxşı nəticələr əldə etməyin qarşısını alır.

İkincisi, WordPress.com içərisində qurduğunuz sayt onların bütün indiki və gələcək qaydalarına uyğun olmalıdır. Onların indiki qaydaları haqqında mən sizə azacıq da olsa danışacağam. Ancaq onların gələcək qaydalarının necə olacağı haqqında heç özləri də bilmirlər və onu dəyişmək hüququ tam özlərinə aiddir.

WordPress.com ilə quracağınız saytda heç kimin müəllif hüququnu pozmamalısınız. Yəni kiminsə yazı, şəkil, musiqi və ya videosunu onun razılığı olmadan saytda paylaşmaq olmaz. Bundan başqa kommersiya saytı (yəni pul qazanacağınız sayt) aça bilməzsiniz. Əgər qaydaları pozsanız saytınız bir gün xəbərdarlıq edilmədən bağlana bilər.

Saytınızın bağlı olmadığından əmin şəkildə “saytım var” deyə bilməyiniz üçün tam şəxsi bir sayt açmağa başlayaq.

Sayt Üçün Domen Adı Almaq

Saytınızın domeni onun uğur qazanması üçün çox önəmlidir. Bu həm online şirkətinizin adı, həm də eyni zamanda ünvanı olacaqdır. Buna görə də, siz gözəl domen adı seçmək üçün günlərlə düşünə bilərsiniz. Seçdikdən sonra Online.az saytından 40 AZN-ə istədiyiniz .az domenini ala bilərsiz. .com və başqa ölkə domenlərini isə Hostinq1.com saytından almaq olar. Saytın sizin olduğunu asanlıqla sübut edə bilməyiniz üçün qeydiyyat zamanı öz şəxsi məlumatlarınızı düzgün yazın. Hər kəs maşın, ev, ya da saat kimi istədiyi qədər domen ala bilər.

Web Hosting Xidmətinə Qoşulmaq

Domen adı aldıqdan sonra saytın yerləşəcəyi hosting xidmətini seçməlisiz. Biz web.com.az da daxil olamaqla qurduğumuz saytların əksəriyyətində web hosting üçün Hostinq1-dən istifadə etdik.

Siz .Com domeni almaq üçün illik 12,5 $, hostinq xidməti üçün illik 33 $ ödəməklə sayt sahibi ola bilərsiniz.

Domenə Hostinqin DNS-lərinin Yazılması

Əgər siz domen adı və hostinq xidmətinin hər ikisini bir yerdən alsanız DNS-lər avtomatik olaraq quraşdırılmş olacaq.

Misal üçün, hostinq1.com-dan istənilən hostinq paketinə qoşulduqda birdənə  .com domenini 7 $-a alabilərsiz. Qeydiyyat işlərini bitirdikdən sonra sayt tam olaraq işlək vəziyyətdə olacaqdır. Bu provayderdən .org, .net, .info, .biz,  .tv, və .ru kimi domen uzantısı qeydiyyatdan keçirdə bilərsiniz. Ancaq hostinq1.com və ya başqa heç bir provatderlərdən .az domenini qeydiyyatdan keçirə bilməzsiniz.

.AZ Domeninin Qeydiyyatı

.az domenini yalnız və yalnız Online.az saytından ala bilərsiz. Qeydiyyat məlumatlarını doldurduqdan və online ödəniş etdikdən sonra 24 saat ərzində domen işlək vəziyyətə düşəcək. Əgər qeydiyyat məlumatlarını istirahət günləri (şənbə, bazar və bayram) günləri göndərsəniz saytınızın işlək vəziyyətə düşməsini iş günlərinin başlamasına qədər gözləməli olacaqsız.

Domen adının qeydiyyatı prosesi başa çatdıqdan sonra hostinqin DNS kodlarını yazmalısız. Bundan sonra yenə iş günlərində 24 saata qədər gözləməli olacaqsınız.

2-ci Addım: Sayt Qurmaq Üçün Proqram Seçimi

Bir domeniniz olduqdan və onu hostinq xidmətinə qoşduqdan sonra sayt qurmağa başlaya bilərsiniz. Sayt qurmaq üçün 100-lərlə proqram və plaformalar vardır. Əgər proqramçı deyilsinizsə burada çətinlik çəkə bilərsiz. Elə buna görə də bir çox CMS-lər (Content Management System) yaradılmışdır. Mən sizə WordPress-i  məsləhət görürəm.

[trx_columns count=”3″ top=”30″][trx_column_item][trx_image url=”https://www.web.com.az/wp-content/uploads/wordpress.jpg” title=”WordPress” align=”center”]

www.wordpress.org

[/trx_column_item][trx_column_item][trx_image url=”https://www.web.com.az/wp-content/uploads/drupal.jpg” title=”Drupal” align=”center”]

www.drupal.org

[/trx_column_item][trx_column_item][trx_image url=”https://www.web.com.az/wp-content/uploads/joomla.jpg” title=”Joomla!” align=”center”]

www.joomla.org

[/trx_column_item][/trx_columns]

Onların arasında WordPress ən məşhur və tamamilə pulsuz olması ilə seçilir. Dünyada yaradılan saytların 50 %-dən çoxu WordPress-də qurulub. Dünyaca tanınmış Jay-Z, Katty Perry, CNN, The New York Times, Forbes öz saytlarını WordPress-də qurdu, ya da WordPress-də işləyən ayrıca bloq bölmələri vardır.

WordPress-lə Yığılan Saytlarda Təhlükəsizlik

Belə düşünmək olar ki, hərkəsə açıq platforma olan WordPress saytların qorunması üçün əlverişli deyil. Əslində isə WordPress-lə qurulan saytların heç bir zəif tərəfi yoxdur.

Saytla bağlı hər hansı bir probleminiz olarsa WordPress-in çoxalaraq böyüyən canlı və faydalı bir toplumu var. Burada kömək etmək üçün çoxlu gözəl insanlar toplaşmışdır.

WordPress-in 1-Tıkla Sayta Qoşulması

Qərar verdikdən sonra WordPress-i saytınıza qurmağa başlamaq olar. Bunun üçün hostinq provayderlərin 1-tıklama ilə WordPress-i qur funksiyası var. Admin adı və parol seçərək Quraşdır (Install) düyməsinə basırıq. Bununla da WordPress saytınıza quraşdırılmış olacaq.

İndi sizin saytın bir bloq yazısı və hətta həmin bloqa yazılmış bir rəyi də vardır. Admin panelə girərək ona düzəliş edə, ya da poza bilərsiz.

Saytın admin panelinə girmək üçün www.sayt.com/wp-admin səhifəsini açın. Admin adı və parolu yazmaqla giriş edirsiz. Admin paneli susmaya görə İngilis dilində olacaq. Menyunun Settings bölməsindən Azərbaycan dilini seçə bilərsiniz. İndi sizin saytın bütün admin paneli Azərbaycan dilindədir.

WordPress-in Sayta Manual Qoşulması

Əgər sizin hosting provayderin “1-tıkla quraşdırma” funksiyası yoxdursa, bu zaman WordPress-i əl ilə (manual) quraşdırmalı olacaqsınız. Bunun üçün görməli olduğunuz işləri sıra ilə yazıram:

  1. http://wordpress.org/download saytından WordPress-i kompyuterinizə yükləyin.
  2. Kompyuterinizdə yeni bir qovluq yaradın və bu qovluğa WordPress adını verin.
  3. Wp-config-sample.php adlı fayl tapın və onun adını dəyişdirin: wp-config.php. Bunu faylı sağ tıklayıp “Yeniden adlandır” seçeneğini seçerek edə bilərsiniz.
  4. Wp-config.php açın (Notepad, ya da Dreamweaver proqramı ilə) və aşağıdakı bölmələri doldurun:
  • define (‘DB_NAME’, ‘database_name_here’); – Verilənlər bazasının adı (bunu bilmirsinizsə, hostinq dəstəyindən soruşun)
  • define (‘DB_USER’, ‘username_here’); – Sizin hostinqdəki istifadəçi adınız
  • define (‘DB_PASSWORD’, ‘password_here’); – Sizin hostinqdəki parolunuz
  1. İndi hostinqə ftp ilə (giriş üçün FileZilla kimi proqramlar var) giriş edin. FTP ünvanı başlıca olaraq ftp.sayt.com, istifadəçi adı və parol isə hostinq qeydiyyatınızla eynidır.
  2. “Indeks” adlı bir fayl varsa – silin. Bundan sonra bütün faylları WordPress qovluğundan FTP serverinizə yükləyin. FileZilla-da “drag n drop” funksiyasından yararlana bilərsiniz.
  3. Öncəki addımları tamamladıqdan sonra, bu URL ünvanı açın: sayt.com/wp-admin/install.php

Mən isə deyərdim ki, hostinq provayderinizin “1-tıkla quraşdırma” funksiyası yoxdursa, onu dəyişməyə tələsin. Bunun üçün başqa hostinq provayderlərin “Pulsuz Daşınma” xidmətindən yararlana bilərsiniz: siz sadəcə hostinq xidməti üçün ödənişi edirsiniz və saytınızı yeni provayderə olduğu kimi pulsuz daşıyırlar.

3-ci Addım: WordPress Saytı Dizayn Etmək

Darıxdırıcı işlər demək olar ki, bitmişdir. Sıra gəldi saytın gözəl görünməsi və doldurulması üçün dizayn işlərinə. WordPress bunun üçün hər şeyi düşündü: “Görünüş” bölməsində bəyəndiyiniz bir şablonu seçərək saytınıza yükləyib aktiv edirsiniz.

WordPress şablonu əsasən aşağıdakılara düzəliş edir:

  • Saytın tam dizaynı, ya da üslubu
  • Şriftlərin dizaynı
  • Saytın rəngləri
  • Widget yerləri
  • Səhifələrin yerləri
  • Blog yazıları və blog arxivləri üçün düzülüşlər
  • Başqa dizayn detalları
  • Menyu üslubları/quruluşu

WordPress üçün Premium Temalar

Bir az daha peşəkar, daha çox dizayn və daha güclü bir görüntü axtarırsınızsa, premium temalara baxın. Premium tema yaradıcıları pulsuz temalar üzərində bir çox üstünlüklərə söz verir: saytdakı yanlışlıqlar, daha güvənli kod qorunması və üstün dəstək kimi.

Bəzi premium temalar web dizayn proqramı kimi daha çox öz dizayn və səhifə layouts/şablonları yaratmaq imkanı verir. Bu, qurmaq istədiyiniz sayt üçün daha çox rahatlıq təmin edir.

Doğurdan da, saytınızı istifadəçilərə sevdirmək üçün bir az daha maraqlı və bir sıra əlavə dizayn elementlərindən yararlanmaq istəyə bilərsiniz.

İstədiyiniz qədər tema dəyişdirməkdən çəkinməyin, çünki onların saytdakı önəmli yazılarınıza (blog yazıları, səhifələr, şəkillər) heç bir təsiri yoxdur. Onların hamısı təhlükəsizdir və silinməyəcək və ya buna bənzər bir şey olmayacaq.

WordPress Saytınıza Yazı, Kategoriya, Səhifə və Media Faylı Artırın

Admin panelin funksiyaları ilə tanış olmaq üçün 10 dəqiqənizi ayırın. WordPress ilə bir vebsayt yaratmaq nə qədər asan olduğunu görə bilərsiniz.

Yeni bir yazı yazın, onu düzəltdiyiniz bir kateqoriyaya qoyun, səhifə yaradın və elə həmin admin paneldən sayta bir media faylı (foto, audio, ya da video) yükləyin.

Yenə də bu asan bir işdir, hər kəs bunu edə bilər. Misal üçün, yeni bir bloq yazısı yazmaq istəyirsiniz. Yazılar bölümündə “Yenisini əlavə et” funksiyasını seçirik. Qarşımıza Microsoft Word faylına oxşar bir səhifə çıxacaqdır. Buradakı funksiyalar çox rahatdır: səhifənin adını, mətnini, şəkil, video və qısa kodlar əlavə edin.

Sağ sütunda daha bir neçə əlavə funksiyalara göz atmağı unutmayın. Qurduğunuz səhifə və yazının necə göründüyünə baxmaq üçün “Dəyişikliklərin ön izlənməsi” funksiyası var. Bu düymə ilə açılacaq yeni səhifə gördüyünüz işlərin saytda necə görünəcəyini öncədən sizə göstərir. Əgər bəyəndinizsə yayımlayın, sonra düzəliş edə bilərsiniz. Bəyənmədinizsə, silə bilərsiniz, ya da sonra davam etmək üçün qaralama kimi yadda saxlaya bilərsiniz. Bir az aşağıda isə yazını əlavə edəcəyiniz kateqoriyanı seçə, ya da yeni bir kateqoriya yarada bilərsiniz.

Daha Çox Funksiya üçün WordPress Pluginləri

Pluginlər, yəni qoşmalar websaytınızın funksionallığını artırmaq üçün WordPress CMS-də quraşdırılmış modul, ya da belə deyək, kiçik proqramlardır.

Bu qoşmalar bir neçə dəqiqə ərzində normal bir vebsaytı online mağazaya çevirə bilər. Ya da saytınızın SEO-sunda daha da irəli getməsində yardım edə bilər. Pluginlərlə saytınıza bir foto qalereya, forum və başqa hər şey əlavə edə bilərsiniz!

Sayta Pluginlərin Qurulması

WordPress-də Azərbaycan dilinə Qoşmalar kimi tərcümə edilmiş Pluginlər temalar kimi asanlıqla sayta qoşulur. Bunun üçün Qoşmalar bölümünə girərək bəyəndiyiniz bir pluginin yanındakı “Indi Qur” düyməsinə tıklamaq yetərlidir.

30.000-dən çox pluginlər var, buna görə yaxşı bir araşdırma aparmağa çalışın: qurmaq istədiyiniz qoşmanın açıqlamasını oxuyun, reytinqinə göz atın və başqalarının həmin qoşma haqqında nə dediklərinə baxın. Pluginin hələ də müntəzəm şəkildə yenilənmələrinin olub-olmadığını da yoxlayın.

Bu təlimatdakı bütün addımları izləməklə siz asanlıqla 1 saat içində öz saytınızı aça bilərsiniz! Onun başqaları ilə paylaşılmasından məmnun olardım və inanıram ki, bir çoxlarının istədiyi vebsaytı yaratmasına yardım edəcək.

Anlaşılmaz nəsə qaldısa və daha çox yardım edə bilərəmsə, rəylərdə yazmağı unutmayın.