1 Qəpik Kapitalsız Onlayn Biznesə Başla: Hosting Reseller

1 Qəpik Kapitalsız Onlayn Biznesə Başla: Hosting Reseller

1 Qəpik Kapitalsız Onlayn Biznesə Başla: Hosting Reseller

Web hosting reseller proqramı ilə yatırımsız, heç 1 qəpik də kapital qoymadan onlayn biznesə başla. Çətin sözlər var? Əslində hər şey düşündüyümüzdən çox-çox asandır, sadəcə İngilis dilindədir. Reseller – bizim dildə desək alıb-satan (alverçi), web hostinq isə saytların internetdə yerləşdirilməsi üçün yaddaş sahəsinin satışıdır.

Bu gün biz internetdə qazanc əldə etməyin ən geniş yayılmış yolundan danışırıq. Bu webmasterlər üçün çox gərəkli ola bilər, ancaq öz onlayn biznesinizə başlamaq istəyirsinizsə, çox asan yoldur. Fərqi yoxdur, tələbə, evdar qadın, yoxsa pensiyaçı, vaxtınız var, yoxsa yoxdur. Bu yeni biznesiniz sizin vaxtınızı yalnız özünüz istədiyiniz qədər alacaq və heç bir halda çalışdığınız əsas işinizdə çətinlik yaratmayacaq. Heç 1 qəpik də ilkin kapital qoymursunuz. Doğrudur, hər bir onlayn biznes kimi, burada da öz şirkətinizin domenini almalısınız (yəni almağınız düzgün olar ki, provayder şirkəti tam qanuni sizin olacaq şirkətin saytını pulsuz qura bilsin). Ancaq istəsəniz domensiz də başlamaq olar. Beləliklə, getdik.

Bu bir çoxlarının bildiyi hostinq reseller proqramıdır. Ancaq başqa reseller proqramlardan fərqi ondadır ki, siz heç 1 qəpik də kapital yatırımı etmirsiniz. Birbaşa provayder şirkətin data-mərkəzlərindən web hostinq xidmətlərini satırsınız. Hətta daha bir üstünlüyü ondadır ki, siz eyni zamanda yeni domen adları qeydiyyatdan keçirib, satacaqsınız.

Beləliklə, ikinci bir problem öz həllini tapmış olur: siz onu satmaq üçün öncədən heç bir disk sahəsi, domen adı almadığınız üçün sadəcə satışla məşğul ola bilərsiniz. Bununla da sizdən heç bir texniki biliklər tələb olunmur. Sizin problemlərinizi ildə 365, həftədə 7 gün, gündə 24 saat işləyərək həll edəcək texniki işçiləriniz var.

Hətta sizin müştərilərinizlə provayder şirkəti özü danışacaq, onların problemlərini 24/7 çözəcək.

Belə bir sual yaranır ki, həmin texniki işçilər sonradan harada işlədiklərini dedikdə, bu sizin şirkətin işçiləri olmadığı anlaşılacaq?! Yox. Bütün texniki personal sizin müştərilərlə hər zaman sizin brendiniz adı altında əlaqə quracaqlar.

Hosting Reselleri Biznesinə Başlamaq Üçün Nə Lazımdır

Deyək ki, hosting reselleri kimi yeni biznesə başlamağı qərara aldınız. Sizə nə lazım olacaq?

İlk başdan vurğuladığımız kimi heç nə! İngilis dilini başlanğıc səviyyədə bilməlisiniz, çünki bütün resellerlər kimi bu proqram da İngilis dilindədir.

Satış etmək istəyirsinizsə, heç olmasa bir domen alın ki, sizin şirkətin bir satış nöqtəsi/ofisi olsun. Almaya da bilərsiniz, ancaq yeni açacağınız şirkət üçün 9 USD (.com zonasında), ya da 40 AZN (.az zonasında) böyük xərcdirmi? Həm də elə domen adı ala bilərsiniz ki, gələcəkdə onu sata da biləsiniz.

Daha sonra Resellers Panel saytında qeydiyyatdan keçirsiniz.

Resellers Panelin Başqa Reseller Proqramlarından Üstünlükləri

Mənim üçün Resellers Paneli ilə biznesə başlamağın ən üstün cəhəti odur ki, bütün texniki işləri provayder şirkət özü edir: sizin saytın dizaynı, yenilənməsi, yeni istifadəçi qeydiyyatı, satış, istifadəçinin doğrulanması, ödənişlərin qəbulu, sizin balansınıza nəzarət, müştəri xidmətləri və b. Sizə qalır sayt qurmaq istəyənləri tapıb onlara hostinq paketlərini təklif etmək.

Heç Bir Depozit YatırmırsınızHeç Bir Depozit Yatırmırsınız

Başqa reseller proqramlarından fərqli olaraq heç 1 qəpik də depozit yatırmırsınız. Bütün ödənişlər hostinq sifariş verən müştəridən alınaraq sizin qazancınız ayrıca hesablanacaq. Hər dəfə pul kisənizdə 50 dollar yığılan kimi onu xərcləyə biləcəksiniz.

 

Heç Bir Texniki Bilik Lazım Deyil

Heç Bir Texniki Bilik Lazım Deyil

Burada sizdən heç bir texniki biliklər tələb olunmur. Qoşulmaq Facebookda hesab açmaq qədər asan bir işdir. Server menecmenti, konfiqurasiya xidmətləri və ödəniş işlərinin hamısı sizin üçün görüləcəkdir. Siz sadəcə qazandığınız pulları sayın.

Tam Reseller və Müştəri Dəstəyi

Tam Reseller və Müştəri Dəstəyi

Professional texiki heyət sizin və müştərilərinizin suallarını 1 saat ərzində cavablandırmağı öhdəsinə götürür. Bilet sistemi, email, canlı çat və ya telefon danışığından hansı rahatdırsa, elə də əlaqə qurun. Texniki heyət sizin müştərilərə özlərini sizin işçilər kimi təqdim edəcək.

Tam Brendləşmiş ŞirkətinizTam Brendləşmiş Şirkətiniz

Sizin hostinq şirkətinizin loqosu hər yerdə olacaq: saytınızda, sizin müştərilərə göndərilən emaillərdə, xidmət bildirişlərində və s. Buna görə də gözəl və yaddaqalan bir brend loqosu yaratmağa çalışın.

Mobil Uyğulamalı Provayder Saytınız

Mobil Uyğulamalı Provayder Saytınız

Sizin biznesiniz üçün yaradılmış saytda sadəcə loqo və rəngləri dəyişməklə güclü funksional onlayn marketə sahib olacaqsınız. Sayt bütün mobil qurğulardan da düzgün açılmaqla əlavə müştərilərin itirilməməsində yardımçınız olacaq.

Hamısı 1 Yerdə İdarəetmə PaneliHamısı 1 Yerdə İdarəetmə Paneli

Bütün görəcəyiniz işlərin hamısı (saytınıza əlavələr etmək, qazandığınız pulları saymaq, müştərilərinizin aldıqlarını izləmək, texniki problemlərinə baxmaq, ödənişlərin proseslərinə nəzarət və s.) yalnız 1 sadə idarəetmə panelində olacaq. Baş vurmalı olduğunuz başqa yerlər olmayacaq.

 

Reseller anlayışı Azərbaycan üçün haradasa yeni olduğu üçün bir neçə başqa suallar da yarana bilər.

Reseller Biznesi Haqqında Ən Çox Soruşullan Suallar

Mənim bu biznesim Azərbaycanda qanunidirmi?  Şirkətimi mütləq qeydiyyatdan keçirməliyəm?

Əlbəttə, hər şey qanunidir. Bütün Dünyada olduğu kimi, Azərbaycanda da biznes sahibləri gəlirlərindən vergi ödəməlidir. Ancaq bu proqramla açdığınız biznesdə adınız gizli saxlanıldığı üçün qeydiyyatdan keçirməyiniz vacib deyil.

Hostinq xidmətləri ilə birlikdə domen adları da sata bilərəmmi?

Domen adları da sata bilməyiniz üçün bütün texniki işlər görülmüş olacaq. Siz Dünyada 10 ən böyük domen registratorundan biri olan şirkətin müqaviləsi ilə 77 zonada domen adlarını (.az zonasından başqa) sata biləcəksiniz.

1 qəpik yatırmadan biznesə başla deyirsiz, sonra da deyirsiz domen al. Başqa nə xərclər olacaq?

Biznesə başlamaq üçün heç 1 qəpik də yatırım etmirsiniz. Ancaq özünüz üçün domen alsanız sizin bir virtual ofisiniz, online marketiniz olacaq. Hətta bir neçə domen alıb daha çox çox sayda onlayn market saytları aça bilərsiniz. Unutmayın ki, satış etmək çox asan deyil. Vaxt itirəcəksiniz ki, bu da haradasa pula bərabərdir. Saytı tam fərqli dizaynda və Azərbaycan dilində hazırlamaq istəsəniz əlavə xərcləriniz olacaq. Sonradan istəsəniz brend reklamlarına da pul xərcləyə bilərsiniz.

Domen adları və hostinq xidmətlərindən başqa nə sata bilərəm? Qiymətlər baha deyilki?

Qiymətlər haradasa bütün başqa provayderlərin qiymətləri ilə eynidir. Hətta reklama pul ayrılmadığı üçün bir çox şirkətlərdən ucuzdur. Siz ümumi qiymətlərdən yuxarı neçəyə istəsəniz sata biləcəksiniz. Domen adları, domenlər üçün SSL sertifikatları, hostinq xidmətlərindən başqa virtual gizli serverlər (VPS), ayrılmış serverlər və yarı-ayrılmış server xidmətləri sata biləcəksiniz.

Qiymətlər çox bahadırsa, necə satacağam?! Ucuzdursa, keyfiyyətli olmaz. Birdən bağlansalar?

Web hostinq xidmətlərinin qiymətləri Azərbaycandakı qiymətlərdən çox ucuzdur. Ucuz olmasına baxmayaraq heç də keyfiyyətsiz deyil. Hər açılmış dəstək biletinə 1 saat içində cavab verilir. Artıq reseller proqramının bu sahədə 14 ildən çox təcrübəsi var. Siz də bu gün başlayın: pul qazanmasanız da, heç nə itirmədən təcrübə qazanmış olarsınız.

Start Your Own Hosting Business – Free Reseller Program

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar