Suallar və Cavablar

Bir sualınız var? Biz burada ən çox soruşulan sualları və həmin suallara cavabları topladıq. Bəlkə sizin suala cavab da onların arasındadır. Əgər cavab tapmadınızsa, buyurun, öz sualınızı bizə göndərin.

1Sayt nəyə lazımdır?

İşi olan, ya da planlaşdıran hər kəsin saytı olmalıdır. Saytın ən böyük üstünlüyü ildə 12 ay, həftədə 7 gün və hər gün 24 saat yorulmadan çalışmasındadır. Siz dinlənməkdə, ya da toplantıda olduqda belə sayt sizin təmsilçinizə çevrilərək potensial alıcıların suallarını cavablayaq, mal və xidmətlərinizi təqdim edər, sualları cavablandırar. Elektron poçtunuzun sonunda öz domeninizin olması isə sizə inamı artırar, başqalarının gözündə daha ciddi işadamına çevrilərsiniz.

2Domen adı nədir? Necə qeydiyyatdan keçmək olar?

Domen sizin saytın internetdə yerləşdirildiyi ünvandır. Misal üçün, səhifələrini oxuduğunuz bu saytın domen adı web.com.az-dır. Hər bir ölkənin öz domen zonası vardır: .az – Azərbaycan, .kz – Qazaxstan, .ru – Rusiya və başqaları. Bundan başqa, spesifik sahəni bildirən domen zonaları da vardır: kommersiya qurumları üçün .com, qeyri-kommersiya qurumları üçün .org. Azərbaycan domenləri Online.az, başqa domenləri isə Hostinq1.com kimi domen qeydiyyatçıların saytından onlayn ödəniş etməklə ala bilərsiniz.

3Veb hostinq nədir? Mən saytım üçün hostinq xidmətini necə seçməliyəm?

Veb hostinq sizin saytın bütün fayllarının kəsintisiz internetə qoşulmuş data mərkəzdə yerləşdirilməsi xidmətidir. Siz saytınız üçün internetdən sonsuz sayda hostinq provayder tapa bilərsiniz. Misal üçün, Hostinq1.com 1 domen üçün standart veb hostinq xidməti təklif edir: illik 33 dollara limitsiz disk yeri, limitsiz trafik, limitsiz subdomen və park edilmiş domenlər, 100 email hesabı və 5 dənə MySQL verilənlər bazası.

4Mən pulsuz qeydiyyatdan keçirdiyim domen və heç bir ödəniş etmədən qoşulduğum hostinq xidməti ilə sayt açmışam. Nə üçün yenisini açmalıyam?

Bunun üçün bir neçə səbəb var. Pulsuz qeydiyyatdan keçirdiyiniz domen subdomendir, ya da başqa domenin içində bir qovluqdur. Pulsuz hostinq də eynilə sizə yüksək keyfiyyət söz verməyə bilər. Ümumiyyətlə, qaydaları istədikləri zaman dəyişib sizin saytı bağlaya bilərlər. Hələlik isə pulsuz açdığınız saytdan yalnız qeyri-kommersiya məqsədləri üçün yararlana bilərsiniz. Ancaq belə saytların tanıtımını eləmək çox çətindir.

5Saytımın Google axtarışlarında ilk yerlərdə tapılması üçün nə etməliyəm?

Bunun iki yolu var: 1-cisi ödənişli PPC reklamları ilə. Bu zaman axtarış nəticələrinin üstündə sizin reklam görünür və hər tıklamaya görə müəyyən edilmiş məbləğdə ödəniş edirsiniz. 2-cisi isə SEO işləri ilə: bu zaman saytı axtarış sistemlərinin tələblərinə uyğun dizayn edərək, özəl olaraq açarsözləri üçün çalışmalısınız.

Sualınıza cavab tapmadınızmı?